"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 35-ci turunda "Brentford"u məğlub etdikdən (3:0) sonra azarkeşlərə emosional müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz sosial şəbəkə hesabındakı paylaşımında belə yazıb:
“Bir daha tribunadan böyük dəstək. Gəlin fürsətdən istifadə edərək "Old Trafford"dakı son oyunumuzda çətin mövsümü bizimlə keçirən və heç vaxt dəstəyini əsirgəməyən heyrətamiz tərəfdarlarımıza təşəkkür edək. Sağ olun, uşaqlar. Sizin dəstəyiniz bizim üçün dünya deməkdir və məqsədimiz hər gün daha yaxşı olmaqdır ki, biz hamımızın istədiyinə nail ola bilək: "Mançester Yunayted"ə eşq olsun!"
Mirağa