"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru oğlunun gələcək planlarından bəhs edib.
Fanat.Az xəbər verir ki, "The Scottish Sun" danışan xanım Aveyru 36 yaşlı futbolçunun karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağına dair sualı cavablandırıb.
"Futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmağı istəyib-istəmədiyini soruşdum. O isə, həyatdan zövq almaq fikrində olduğunu və 40 yaşına qədər oynayacağını dedi".
Qeyd edək ki, Kriştianu Ronaldu bu ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə keçib. O, 14 oyunda meydana çıxıb və 7 qola imza atlb.
Röya