Ronaldu Mbappe və Holannı müqayisə etmədi

Ronaldu Mbappe və Holannı müqayisə etmədi
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu PSJ-nin üzvü Kilian Mbappe və "Borussiya"lı (Dortmund) Erlinq Holann arasında seçim etməkdə çətinlik çəkib. 
Fanat.Az xəbər verir ki, portuqaliya ulduz "ən yaxşı hücumçu hansıdır?" sualına cavab verməkdə tərəddüd edib. 
"Goal"a danışan Ronaldu "Birini seçmək və ən yaxşı olacağını söyləmək çətindir, amma izləmək maraqlıdır. Erlinq Holann və Kilian Mbappe yeni nəsil oyunçulardır. Bəzi futbolçular bir neçə möhtəşəm mövsüm keçirə bilər, amma "böyük" oyunçular bunu hər mövsüm davam elətdirir və bu, heç də asan deyil", deyə qeyd edib. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər