Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, NOW onun sözlərini belə çatdırıb:
"İndi karyeramı nə vaxt başa vuracağımı dəqiq bilmirəm. Yəqin ki, iki və ya üç ildən sonra... Amma yaşıl meydanlarla "Əl-Nəsr"də vidalaşacağım dəqiqdir. Bu klubda çox xoşbəxtəm. Səudiyyə Ərəbistanında oynamaqdan məmnunam".
Xatırladaq ki, 39 yaşlı forvard 2023-cü ilin yanvarından "Əl-Nəsr"in uğurarı üçün çalışır. Ötən mövsüm paytaxt təmsilçisinin forması ilə bütün turnirlərdə 44 matça çıxan Ronaldu 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat