Ronaldu hələ belə uğursuzluqla üzləşməmişdi

Ronaldu hələ belə uğursuzluqla üzləşməmişdi

Dünən Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında səfərdə "Əl-İttifaq"la 1:1 hesablı heç-heçə edərək çempionluq şansını itirib.

Fanat.Az-ın məlumatına görə, 38 yaşlı portuqaliyalı ulduz bu qarşılaşmada 90 dəqiqə meydanda olsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.

Beləliklə, ötən mövsüm "Mançester Yunayted"də heç bir mükafat qazana bilməyən Ronaldu karyerası ərzində ilk dəfə ardıcıl iki "futbol ili"ndə titulsuz qaldığı dəqiqləşib.

Qeyd edək ki, Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"in sıralarındadır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər