Ronaldu fanatlardan acığını belə çıxdı - VİDEO

Ronaldu fanatlardan acığını belə çıxdı - VİDEO

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu “Əl-Hilal”la yoldaşlıq oyunundan sonrakı davranışı ilə diqqət çəkib. 

Fanat.Az xəbər verir ki, 39 yaşlı portuqaliyalı meydanı tərk edərkən rəqib azarkeşlər ona şərf atıblar. 

Ulduz futbolçu isə onu götürüb, şortikinin altına salaraq "özünü silib". Bundan sonra Kriştianu şərfi azarkeşlərə tərəf atıb. 

Portuqaliyalı futbolçunun aqressiv davranışı səbəbsiz deyil: rəqib azarkeşlər oyunboyu Kriştianunun topa hər toxunuşu zamanı "Messi, Messi" şüarları səsləndirərək ona sataşıblar.

Xatırladaq ki, yoxlama oyunu “Əl-Nəsr”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu mövsüm Kriştianu bütün turnirlərdə 25 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər