"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 14-cü turunda keçirilən "Arsenal"la oyunda (3:2) bu mövsüm üçün rekord göstəriciyə imza atıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, "topçular"la görüçdə komandasının qələbəsinə dublla töhfə verən portuqaliyalı superulduz 27 dəfə pressinq edib ki, bu da onun ən üstün nəticəsidir.
Qeyd edək ki, cari mövsümün geridə qalan bölümündə isə 36 yaşlı forvard orta hesabla hər qarşılaşmada 14,4 dəfə rəqiblərindən top almağa çalışmışdı.
Nihat