Ronaldu bu mövsüm bunu ilk dəfə bacarmadı

Ronaldu bu mövsüm bunu ilk dəfə bacarmadı

Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl-Əhli” ilə qarşılaşan “Əl-Nəsr” xal itkisi ilə üzləşib. 

Fanat.Az xəbər verir ki, Kriştianu Ronaldunun komandası heç-heçə ilə kifayətlənib - 1:1.

Portuqaliyalı ulduzun komandası matça əlavə edilən 9-cu dəqiqədə avtoqol sayəsində mövsümdəki ilk məğlubiyyətindən qurtulub.

Beləliklə, “Əl-Nəsr”in kapitanı olan Kriştianu bu mövsüm ilk dəfə qol vura bilməyib. 39 yaşlı portuqaliyalı əvvəlki iki turun hər birində bir qol vurub. O, Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal və final mərhələsində də fərqlənib.

Qeyd edək ki, oyundan əvvəl Ronalduya karyerasında vurduğu 900 qolun şərəfinə köynək hədiyyə edilib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər