Ronaldu Batistutanın uğurunu təkrarladı

Ronaldu Batistutanın uğurunu təkrarladı

"Yuventus”un superulduzu Kriştianu Ronaldu A Seriyasının 25-ci turunda SPAL-la səfər matçında hesabı açıb. Fanat.az xəbər verir ki, görüşün 39-cu dəqiqəsində adını tabloya yazdıran hücumçu A Seriyasında ardıcıl 11 oyunda fərqlənib. "Yuve”nin 2:1 hesablı qələbəsiylə bitən qarşılaşmada qoleodorluq bacarığını ortaya qoyan portuqaliyalı bu göstəricidə Qabriel Batistuta ("Fiorentina”) və Fabio Kualyareallanın ("Sampdoriya") rekorduna şərik olub.

 

Batistuta 1994-1995, Kualyarella isə 2018-2019 mövsümündə ardıcıl 11 oyunda qol vurub.

Ronaldo bu göstəriciyə "Real”da çıxış edərkən La Liqa və Çempionlar Liqasında da imza atıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər