"Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza "Mançester Yunayted"in superulduzu Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun söylədiklərini belə çatdırıb:
"Ronaldunun özünəinamı, intelllekti və bacarığı mənim üçün həmişə örnək olub. O, başqa planetdən gəlib. Kriştianu ilə birgə məşq etmək, necə çalışdığını canlı izləmək hər adama qismət olmur. Bəxtim gətirib ki, futbol tarixinin ən güclü futbolçularının biri ilə eyni komandada oynamışam".
Xatırladaq ki, Ronaldu "Yuventus"u bu ilin avqustunda "Mançester Yunayted"ə dəyişib. "Qırmızı şeytanlar" 36 yaşlı forvardı "qoca sinyora"dan 15 milyon avroya transfer edib.