"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu telefonunu sındırdığı azarkeşdən üzr istəyib.
Fanat.Az xəbər verir ki, bu barədə 37 yaşlı ulduz şəxsi "Instagram" səhifəsində yazıb:
"Belə anlarda emosiyarı cılovlamaq heç də asan deyil. Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi "Old Trafford" stadionundakı oyunumuza baxmağa dəvət edirəm".
Qeyd edək ki, hadisə "qırmızı şeytanlar"ın "Everton"a 0:1 hesabı ilə yenildiyi son çempionat qarşılaşmasından sonra baş verib. Ronaldu paltardəyişmə otağına yollanarkən azarkeşlərdən biri telefon tutduğu əlini ona tərəf uzadıb. Kriştianu aqressiv reaksiya göstərərək fanatın əlini geri itələyib və belədə, mobil telefon yerə düşərək qırılıb.
Nihat