Ronaldu 850-yə çatdı

Ronaldu 850-yə çatdı

Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu karyerasında 850-ci qolunu vuraraq öz rekordunu yeniləyib. 

Fanat.Az xəbər verir ki, "Əl-Nəsr"in forvardı Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-Həzm"lə görüşdə fərqlənərək bunu reallaşdırıb.    38 yaşlı futbolçu 5:1 hesabı ilə qalib gəldikləri oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.     Qeyd edək ki, Ronaldu "Əl-Nəsr"ə 2023-cü ilin yanvarında keçib. Onun ərəb klubu ilə sözləşməsi 2025-ci ilə qədərdir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər