Ronaldu 8 milyon avroya torpaq sahəsi aldı

Ronaldu 8 milyon avroya torpaq sahəsi aldı
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu yeni torpaq sahəsi alıb.
Fanat.Az vidas.pt saytına istinadən xəbər verir ki, zənginlərin yaşadığı Kaşkayş şəhərinin Kinta-da-Marinya bölgəsində yerləşən təxminən 10 min kvadratmetrlik ərazi Ronalduya 8 milyon avroya başa gəlib.
Artıq ərazidə tikinti işləri başlayıb. Portuqaliyalı futbolçu hələlik orada yaşamaq niyyətində deyil. Ərazinin indilik biznes məqsədilə istifadə ediləcəyi bildirilir.
Mənbəyə görə, Ronaldu yalnız karyerasını bitirdikdən sonra orada yaşamağa başlayacaq.
35 yaşlı oyunçu ötən il Lissabonun mərkəzindəki Avenida da Liberdade küçəsində 7,5 milyon avroya ev almışdı.
 
Ronaldu 8 milyon avroya torpaq sahəsi aldı
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər