Ronaldu 2018-ci ildən bəri bunu bacarmamışdı

Ronaldu 2018-ci ildən bəri bunu bacarmamışdı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ardıcıl üç oyunda dubl edib.

Fanat.Az xəbər verir ki, daha öncə millinin heyətində uyğun olaraq Lüksemburq və Lixtenşteyn yığmalarına iki qol vuran 38 yaşlı ulduz "Əl-Ədəlx"lə çempionat matçının 40 və 66-cı dəqiqələrində rəqib qapısına yol tapıb.

Kriştianu son dəfə 2018-ci ildə ardıcıl 3 oyunda iki və daha artıq qol vurmuşdu. Belə ki, həmin vaxt "Real Madrid"in formasını geyinən "7 nömrə" "Eybar"ı iki, "Jirona"nı dörd dəfə cəzalandırmış, daha sonra yığmanın Misirə qarşı keçirdiyi yoxlama oyununda dublla yadda qalmışdı.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər