UEFA Çempionlar Liqasının "Valensiya" - "Yuventus" oyununda qırmızı vərəqə alan Kriştiano Ronaldo ilə bağlı araşdırmalara başlayıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 29-cu dəqəqəsində idmançıya yaraşmaya hərəkətə görə meydandan qovulan futbolçunun məsələsi sentyarın 27-də keçiriləcək Nizam-İntizam Komitəsinin iclasında müzakirə ediləcək.
Ronaldo ən azı 2 oyunluq cəzalanacaq. Onun hərəkəti "ağır" hesab edilsə, cəzanın müddəti də artacaq.
Fanat.Az