Ronaldo hamıdan yaxşı oldu

Ronaldo hamıdan yaxşı oldu
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.Az xəbər verir ki, VI turun oyunçusu adına "Real"in hücumçusu Kriştiano Ronaldo layiq görülüb.
İspaniya təmsilçisinin Almaniyanın "Borussiya” (Dortmund) komandasını evdə 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada bir qol vuran 32 yaşlı portuqaliyalı forvard səslərin 41 faizini qazanıb. İkinci yeri İngiltərənin "Liverpul”un futbolçusu Filipe Koutinyo tutub. Braziliyalı yarımmüdafiəçi səslərin 38 faizini qazanıb. Almaniya çempionu "Bavariya”nın yarımmüdafiəçisi Korentin Tolisso isə 8 faiz səslə üçüncü olub.
Qeyd edək ki, Ronaldu dekabrın 7-də Fransanın "France Football" jurnalının 2017-ci ilin yekununa əsasən, "Qızıl top" mükafatına layiq görülüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər