Ronaldo evləndi

Ronaldo evləndi

Dünya futbolunun canlı əfsanələrindən olan Ronaldo yeddi illik münasibətdən sonra model Selina Loks ilə evlənib.

Fanat.Az xəbər verir ki, məlumatı “Marca” yayıb. 

Ulduz veteranın toyu dünən olub. Toy mərasimi İbizada, "Es Cubell" kilsəsində baş tutub. Ardından isə Ronaldonun şəxsi evində 400 qonağın iştirakı ilə şənlik təşkil edilib. 

Ailə həyatı quran cütlük sosial şəbəkə hesablarında belə bir paylaşım ediblər: “Bu gün biz ailələrimizi şəxsi bayramımıza topladıq. Beləliklə, emosiyalarla dolu bir həyata qədəm qoyuruq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər