Ronaldinyonun aqibəti necə oldu? - SON DURUM

Ronaldinyonun aqibəti necə oldu? - SON DURUM
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinho və qardaşı Roberto de Assis sərbəst buraxılıb.
 
Fanat.Az xəbər verir ki, bununla bağlı Paraqvay məhkəməsi qərar qəbul edib.
 
Bu barədə "Frans-Press” agentliyi məlumat yayıb. Ronaldinyo 90, qardaşı isə 110 min dollar cərimə ödəyəcək.
 
Ronaldinyo və qardaşı Assis Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-dən həbsdə idilər. Keçmiş futbolçu apreldən ev dustaqlığına buraxılmışdı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər