Rocers azarkeşlərin aktiv dəstəyinə arxalanır

Rocers azarkeşlərin aktiv dəstəyinə arxalanır

UEFA Konfrans Liqasının yarımfinalında İtaliyanın "Roma" klubunu qəbul edəcək "Lester Siti" klubunun baş məşqçisi Brendan Rocers azarkeşlərdən ev oyununda əllərindən gələnin ən yaxşısını etmələrini xahiş edib.

Fanat.Az xəbər verir ki, "Goal" saytı 49 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

"Biz qarşılaşmanı üstün səviyyədə keçirmək üçün matça yaxşı başlamalıyıq. Belə olacağı halda, oyunumuzu izləyən azarkeşlər də məmnun olacaqlar. Onların dəstəyi bizə çox lazımdır. Bizi xüsusi aktivliklə dəstəkləyəcəklərinə ümid edirəm. İstərdik ki, əllərindən gələni əsirgəməsinlər".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər