Super Liqanın lideri "Başakşəhər" heyətini ulduz futolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, klub məşhur braziliyalı futbolçu Robinyonu rənglərinə bağlayıb. "Başakşəhər"in prezidenti Göksel Gümüşdağ klubun rəsmi saytına açıqlamasında Robinyo məsələsində "Sivasspor"la razılıq əldə etdiklərini açıqlayıb.
Gümüşdağ açıqlamasında "Klubumuz Robinyonun transferi üçün "Sivasspor"la razılığa gəlib. Hər iki tərəf üçün xeyirli olsun" sözlərini söyləyib.
34 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 16 matçda 8 qola imza atıb.
Fanat.Az