Robert Prosineçkini baş məşqçi postuna dəvət edən "Bursaspor"la bağlı yeni xəbərlər yayılıb. Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatı xorvat mütəxəssisin alternativinin adını açıqlayıb.
Məlumata görə, "Bursaspor"un baş məşqçi postuna digər namizəd Yılmaz Vuraldı. Onun həmçinin "Alanyaspor"un da baş məşqçi postuna namizəd olduğu bildirilir.
Bununla bağlı açıqlama verən Yılmaz Vural xəbərləri təkzib edib: "Hazırda İtaliyada istirahət edirəm. Heç bir klub rəsmisindən təklif almamışam. Jurnalistlər və azarkeşlər zəng edir. İki klubla adımın çəkilməsi mənim üçün şərəfdi. Yenidən Super Liqada çalışmaq istəyirəm".
Fanat.Az