Robben 42 kilometri 3 saata qaçdı - VİDEO

Robben 42 kilometri 3 saata qaçdı - VİDEO

Futboldan ayrılmasına baxmayaraq, sabiq niderlandlı vinger Aryen Robben idmanla məşğul olmağa davam edir.

Fanat.Az xəbər verir ki, 38 yaşlı keçmiş yarımmüdafiəçi Rotterdam marafonuna qatılıb.

Veteran futbolçu 42195 kilometrlik marafonu 3 saat 13 dəqiqə 40 saniyəyə başa vurub.

Robben axsayaraq finiş xəttinə çatdığı yarışla bağlı fikirlərini bildirib: “Bu, o qədər də əyləncəli deyildi. Baxmayaraq ki, mən bunu əvvəllər də etmişəm. Çətin yarış idi. Qaçarkən insanlar sizə çox kömək edir. Bunun üçün hər kəsə təşəkkür edirəm".   

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər