Argentina çempionatının 22-ci turunda "River Pleyt" "Monumental Antonio Vespuççi Liberti" stadionunda "Rasinq Avellaneda"nı qəbul edib.
Fanat.Az xəbər verir ki, görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “River Pleyt” Liqa Profesyonalın başa çatmasına 3 tur qalmış Argentina çempionu olub. Buenos Ayres təmsilçisi ən yaxın təqibçisi "Defensa i Yustisia"nı 12 xal qabaqlayır.
Xatırladaq ki, "Los Millonarios" tarixində 36-cı dəfədir ki, bu turnirin qalibi olub. Bu göstəriciyə görə ikinci yeri “Boka Xuniors” tutur.
Emin