Riberi karyerasını bitirmək fikrində deyil

Riberi karyerasını bitirmək fikrində deyil
Bu yay "Fiorentina"dan ayrılan Frank Riberi karyerasını bitirmək barədə düşünmür.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, 38 yaşlı Riberi "bənövşəyilər"lə yolları ayırandan sonra Münhenə qayıdıb.
Ailəsi ilə vaxt keçirən vinger yeni təklifləri nəzərdən keçirir. Mənbə onun daha iki mövsüm - 40 yaşına qədər oynamağı planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, Riberi "Fiorentina"ya 2019-cu ildə keçmişdi. Fransa yığmasının sabiq üzvü bunadək 12 il "Bavariya"nın formasını geyinmişdi.
Atilla 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər