"Bavariya”nın futbolçusu Frank Riberinin adı qalmaqalda hallanıb.
Fanat.Az xəbər verir ki, onun Bundesliqanın XI-ci turunda "Borussiya”ya 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalisti vurduğu iddia olunur.
Ölkə mətbuatı 35 yaşlı yarımmüdafiəçinin matçdan sonra müsahibə almaq istəyən fransız jurnalisti əvvəlcə təhqir etdiyi, sonra isə sillə vurduğunu yazır.
Qeyd edək ki, bu xəbəri "Bavariya”nın idman direktoru Hasan Salihamidziç "Bild” nəşrinə verdiyi açıqlamada təsdiqləyib. O, "Riberi fransalı jurnalistlə dalaşdığını bizə deyib. Onunla tanışlığı var idi. Jurnalist Patrik Quillioyla danışdıq və məsələni aydınlaşdırmaq üçün onunla görüş təyin etmişik”, deyə bildirib.
Fanat.Az