Riad Rəfiyev daha bir əcnəbini millimizə "sırıyır"

Riad Rəfiyev daha bir əcnəbini millimizə "sırıyır"
"Sumqayıt" Belarusun BATE klubundan transfer etdiyi Cəmaləddin Xocaniyazov Azərbaycan millisində oynamaq istəyir. 
Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Riad Rəfiyev məlumat verib.
Menecer-klub prezidenti bildirib ki, Rusiyanın gənclər millisində oynamış müdafiəçi bununla bağlı AFFA-ya müraciət edib. Riad Rəfiyev bildirib ki, 23 yaşlı futbolçunu bu səbəbdən "Sumqayıt"a transfer ediblər.
Qeyd edək ki, karyerası ərzində "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural"ın formasını geyinən Xocaniyazov Norveçin "Orhus" komandasında legioner həyatı yaşayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər