Türkiyə Futbol Federasiyası "Kasımpaşa" klubuna texniki məğlubiyyət verib. Fanat.Az xəbər verir ki, buna səbəb Super Liqa klubunun legioner limitini pozması olub.
Belə ki, Super Liqanın XIX turunun "Adanaspor" - "Kasımpaşa" matçında qonaq komandanın matç üçün təqdim etdiyi 18 nəfərlik heyətdə limit pozulub. 18 nəfərdən ən azı 7-si Türkiyə vətəndaşlığını daşımalıdı. Amma "Kasımpaşa" bu tələbə əməl etməyib.
Nəticəsdə "Adanaspor"un 2:0 hesablı qələbəsi ləğv olunub və 3:0 hesablı texniki qələbə verilib. "Kasımpaşa" həmçinin 15 min lirə cərimə olunub.
Qeyd edək ki, "Qarabağ"dan "Adanaspor"a transfer olunan Reynaldo Silva həmin matçın 63-cü dəqiqəsində meydana çıxmışdı.
Fanat.Az