Reynaldo: “İntizamla bağlı problem olmayacaq”

Reynaldo: “İntizamla bağlı problem olmayacaq”

"Qarabağ”la 2,5 illik müqavilə imzalamağa hazırlaşan Reynaldo Ağdam təmsilçisinin baş məşqçisini qayğılandıran məqama aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisindən getdiyi ərəfədə müəyyən intizamsızlıqlarla yadda qalan futbolçu klub rəsmiləri ilə danışıqlar zamanı bu problemi geridə qoyduğunu bildirib. Spirtli içkilərdən və gecə həyatından uzaqlaşdığını söyləyən cənubi amerikalı karyerasının uğurlu dönəmini yaşadığı Ağdam klubuna xüsusi həvəslə qayıtmaq istədiyini də dilə gətirib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər