Renatu Sanşeş yetirməsi olduğu kluba qayıtdı - RƏSMİ

Renatu Sanşeş yetirməsi olduğu kluba qayıtdı - RƏSMİ

PSJ-nin futbolçusu Renatu Sanşeş karyerasını yetirməsi olduğu "Benfika"da davam etdirəcək.

Fanat.Az Portuqaliya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı oyunçu bir mövsümlük icarəyə götürülüb.

"Benfika" sonradan Fransa nəhənginin tələb etdiyi məbləği ödəyərək Renatunun transfer hüquqlarına yiyələnə bilər. 

Xatırladaq ki, sözügedən futbolçu ötən mövsümü icarə əsasında "Roma"da keçirib. Onun PSJ ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Sanşeşin transfer qiymətini 6,5 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər