Renat Dadaşovun klubunun stadionu yandı

Renat Dadaşovun klubunun stadionu yandı

"Vulverhempton"un ev oyunlarını keçirdiyi "Molinyu" stadionunda yanğın olub.

Fanat.Az İngiltərə klubun rəsmi saytına istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Yanğına qısa qapanma səbəb olub. Kluba ciddi maddi ziyan dəydiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında Portuqaliya "Tondela"sında çıxış edən Renat Dadaşov müqavilə ilə "Vulverhempton"a məxsusdur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər