Renat Dadaşov "Qrasshopper"də növbəti qolunu vurdu

Renat Dadaşov "Qrasshopper"də növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin "Qrasshopper" klubunda 2-ci qolunu vurub.

Fanat.Az xəbər verir ki, 23 yaşlı hücumçu səfərdə "Lütsern"ə qarşı keçirilən İsveçrə Super Liqasının I turundan təxirə salınmış oyunda fərqlənib.

38-ci dəqiqədə rəqib qapısına yol tapan forvard komandasının bərabərlik qolunun müəllifi olub.

Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər