Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda VI turun görüşləri çərçivəsində səfərdə “Servett”lə qarşılaşıb.
Renatın da iştirakçısı olduğu oyun “Qrasshopper”in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.