Renat Dadaşov koronavirusa yoluxudu

Renat Dadaşov koronavirusa yoluxudu

Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.

Fanat.Az İsveçrənin "4-4-2" saytına istinadən xəbər verir ki, "Qrashopper"in səfərdə "Sion"la V tur matçından (2:2) sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran Dadaşov komandaya qoşulub. Bu gün futbolçunun İsveçrə Kuboku çərçivəsində "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər