Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel rəhbərlik ona "qal" desə belə, cari mövsümün sonunda postunu tərk edəcəyini deyib.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Mənim rəhbərliklə müqavilənin iyunda pozulacağı ilə bağlı razılığım var. Həmin razılıq qüvvədədir".

Xatırladaq ki, Tuxel ötən ilin martından indiki postundadır. Onun sözləşməsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulsa da, tərəflər anlaşmaya vaxtından əvvəl xitam verilməsi ilə bağlı razılaşıblar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər