"Sent-Etyen" rəhbərliyi komandanın baş məşqçisi Klod Püeli böyük ehtimalla, istefaya göndərəcək.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, sözügedən klubun idarəçiləri mütəxəssislə iş birliyini müzakirə etmək üçün dünən bir araya gəlib.
Mənbəyə inansaq, "Sent-Etyen"in bossları vəziyyətdən çıxmaq üçün Püellə əməkdaşlığa son qoymaqda qərarlıdır.
Qeyd edək ki, eyniadlı şəhərin təmsilçisi bu mövsüm qələbə üzünə həsrətdir. "Ağ-yaşıllar" turnir cədvəlində sonuncu - 20-ci pillədədir.
Nihat