Rəcəbov yenə "10-luq"da, Məmmədyarov...

Rəcəbov yenə "10-luq"da, Məmmədyarov...

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Fanat.Az xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb. Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla 16-cı yerdə qalıb.

Qədir Hüseynov (2661) 1 pilləlik geriləyərək 80-ci sırada yer alıb. Rauf Məmmədov (2646) isə bir pillə irəliləyib. O, hazırda 97-ci pillədədir.

Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2794) ikinci, çinli Din Liren (2789) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 54-cü, Gövhər Beydullayeva (2375) 73-cü, Gülnar Məmmədova (2349) 98-ci yerdədir.

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər