Rəcəbov Millətlər Kubokunda sonuncu oldu

Rəcəbov Millətlər Kubokunda sonuncu oldu
Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub. 
 
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun heyətində yer aldığı Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub.
 
FİDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi kollektiv 10 görüşdən 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.
 
Birinci yeri 17 xalla Çin tutub. ABŞ və Avropa hərəyə 13 xal toplasa da, amerikalılar lövhələrdə daha çox xal yığdıqları (ABŞ - 22, Çin - 21,5) üçün ikinci pilləyə layiq görülüblər. Rusiya 8 xalla dördüncü, Hindistan 5 xalla beşinci yeri tutub.
 
Beləliklə, mayın 10-da keçiriləcək Superfinalda Çin və ABŞ üz-üzə gələcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər