Rəcəbov Firuzca ilə başlayıb Rapportla bitirəcək

Rəcəbov Firuzca ilə başlayıb Rapportla bitirəcək

İyunun 17-də İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri start götürəcək. 

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeysterimiz ilk görüşünü ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı keçirəcək.

Təmsilçimiz turnirdəki görüşlərinin təqvimini təqdim edirik.

I tur 17 iyun Teymur Rəcəbov - Alireza Firuzca (Fransa)

II tur 18 iyun Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov

III tur 19 iyun Teymur Rəcəbov - Yan Nepomnyaşi (FIDE)

IV tur 21 iyun Yan-Kşiştof Duda (Polşa) - Teymur Rəcəbov

V tur 22 iyun Teymur Rəcəbov - Dinq Liren (Çin)

VI tur 23 iyun Teymur Rəcəbov - Rixard Rapport (Macarıstan)

VII tur 25 iyun Fabiano Karuana (ABŞ) - Teymur Rəcəbov

VIII tur 26 iyun Alireza Firuzca (Fransa) - Teymur Rəcəbov

IX tur 27 iyun Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)

X tur 29 iyun Yan Nepomnyaşi (FIDE) - Teymur Rəcəbov

XI tur 30 iyun Teymur Rəcəbov - Yan-Kşiştof Duda (Polşa)

XII tur 1 iyul Dinq Liren (Çin) - Teymur Rəcəbov

XIII tur 3 iyul Teymur Rəcəbov - Fabiano Karuana (ABŞ)

XIV tur 4 iyul Rixard Rapport (Macarıstan) - Teymur Rəcəbov

Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər