Rauf Məmmədov FIDE bayrağı altında oynamaqdan imtina etdi - SƏBƏB

Rauf Məmmədov FIDE bayrağı altında oynamaqdan imtina etdi - SƏBƏB

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında keçirilən yarışlarda oynamayacağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu barədə şəxsi "Facebook" hesabında bildirib.

"Nə qədər ki, FIDE prezidenti rusiyayönlüdür, müharibə müddətində qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər