Futbol üzrə Azərbaycan I Divizionunda VI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.
"Kəpəz-2" "Mingəçevir"i 1 qolla məğlub yola salıb ki, gəncəlilərin yeganə qolunun müəllifi əsas komandanın üzvü, Tərlan Əhmədovun cəzalandıraraq əvəzedici heyətə göndərdiyi Rauf Əliyev olub. "Araz Naxçıvan" da 3 xalı 1 qolla qazanaraq 6 oyundan da maksimum nəticə ilə ayrılıb. Bundan başqa, "Turan Tovuz-2" evdə, "Sumqayıt-2" isə səfərdə inamlı qələbəyə sevinib. I Divizion VI tur 5 oktyabr
“Kəpəz-2” – “Mingəçevir” 1:0 Qol: Rauf Əliyev, 45+1 Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, İslam Məmmədov Hakim-inspektor: Ömər Paşayev Gəncə şəhər stadionu (ehtiyat meydança)
MOİK - “Sumqayıt-2” 1:3 Qollar: Fərmayıl Əliyev, 12 - Cavid Quliyev, 59, 77-p. Nihad Əhmədzadə, 90+2 Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Şamil İmanzadə Hakim-inspektor: Orxan Məmmədov Binə qəsəbə stadionu
“Zirə-2” – “Araz Naxçıvan” 0:1 Qol: Orxan Əliyev, 14 Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva Hakim-inspektor: Munis Abdullayev “ASK Arena”
“Turan Tovuz-2” – “Qəbələ-2” 2:0 Qollar: Rəşad Əliyev, 71, Akif Tağıyev, 90+2 Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İrşad Aydınov Hakim-inspektor: Feyzulla Feyzullayev Tovuz şəhər stadionu Qeyd edək ki, turun digər oyunları dünən keçirilib:
4 oktyabr
“Qarabağ-2” – “Neftçi-2” 0:1 Qol: Vüsal Əsgərov, 27 Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Nicat İsmayıllı Hakim-inspektor: Anar Salmanov Binə qəsəbə stadionu
“İmişli” – “Səbail-2” 2:3 Qollar: Comard Baxşəliyev, 23, Babək Yaqublu, 71 - Kizito Luvaqa, 11, Tural Bayramlı, 42, Ayaz Mikayılov, 84 Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, Rövşən Rəcəbov Hakim-inspektor: Ramil Diniyev Saatlı Olimpiya İdman Kompleksinin stadionu “Şamaxı-2” – “Qaradağ Lökbatan” 0:0 Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Namiq Bəkirov Hakim-inspektor: Əmrah İbrahimov Şamaxı şəhər stadionu