Ranqnik xələfinə məsləhət verdi: "Ürək əməliyyatı lazımdır"

Ranqnik xələfinə məsləhət verdi: "Ürək əməliyyatı lazımdır"

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik komandanın köklü yenidənqurmaya ehtiyacı olduğunu deyib.

Fanat.Az almaniyalı mütəxəssis "Manchester Evening News"ə açıqlamasında mövsüm başa çatdıqdan sonra rəsmi olaraq "Mançester Yunayted"in sükanı arxasına keçəcək Erik ten Haqa yol göstərib: 

"Mənim üçün açıq-aydın görünür ki, bəzi kiçik dəyişikliklər etmək, kosmetik dəyişikliklər etmək kifayət deyil. Əgər tibbi terminlərdən istifadə etsək, klubun ürək əməliyyatına ehtiyacı var".

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə çempionatının 30-cu turundan təxirə salınmış oyununda "Liverpul"a uduzduqdan sonra Ranqniklə bağlı qərar verilib. O, mövsümün sonunda "qırmızı şeytanlar"ı tərk edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər