Ranqnik ingilislərə həmyerlisini məsləhət gördü

Ranqnik ingilislərə həmyerlisini məsləhət gördü

Tanınmış mütəxəssis Ralf Ranqnik növbəti mövsüm üçün yeni baş məşqçi axtarışında olan “Mançester Yunayted”in rəhbərliyinə məsləhətlərini çatdırıb.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Pete Holl sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, almaniyalı mütəxəssis həmyerlisi, hazırda Almaniya millisində çalışan Yulian Nagelsmannın xidmətini “qırmızı şeytanlar”a tövsiyə edib.

Xatırladaq ki, hazırda mankunianlıların baş məşqçi postunu niderlandlı Erik ten Haq tutur. 54 yaşlı çalışdırıcı 2022-ci ilin yayında komandanın başına keçib. Tərəflər arasında mövcud müqavilənin küddəti 2025-ci ilin iyunun sonunda başa çatacaq.  İngiltərə çempionatının 26 turunun nəticələrinə əsasən, "Mançester Yunayted" 44 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər