Ramos 100-ə çatdı

Ramos 100-ə çatdı
"Real"ın müdafiəçisi Serxio Ramos La Liqanın sonuncu turunda "Leqanes"lə oynanılan matçda (2:2) fərqlənib.
Fanat.Az xəbər verir ki, bu, Ramosun klub karyerasında vurduğu 100-cü qoldu. 34 yaşlı futbolçu qollardan 97-ni "Real"ın, 3-nü isə "Sevilya"nın heyətində vurub.
AS nəşrinə görə, Ramosu La Liqa tarixinin ən məhsuldar müdafiəçisi hesab etmək olar. "Real"ın keçmiş müdafiəçisi Fernando Yerro 100-dən çox qolun müəllifi olsa da, onlardan 44-nü yarımmüdafiəçi kimi vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər