Ramil Şeydayevə "fərqlənmək" üçün 10 dəqiqə bəs etdi

Ramil Şeydayevə "fərqlənmək" üçün 10 dəqiqə bəs etdi
Rusiya Premyer Liqasında XVII turun oyunlarl keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” "Rostov”u qəbul edib. Oyun Samara təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
Ramil meydana 80-ci dəqiqədə çıxıb. Futbolçumuz 2 dəqiqə sonra sarı vərəqə alıb.
"Rostov”un heyətində isə azərbaycanlı futbolçu Ayaz Quliyev yer almayıb. O, ötən tur qırmızı vərəqə aldığından, bu matçı buraxmalı olub.
Qeyd edək ki, "Krılya Sovetov" hazırda 17 xalla 12-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər