Ramil Şeydayevə 5 milyon avroluq rəqib gəlir

Ramil Şeydayevə 5 milyon avroluq rəqib gəlir
Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su heyətinə yeni hücumçu qatmağa hazırlaşır. 
Fanat.Az xəbər verir ki, Rusiya klubu Fransa "Nant"ından Xalifa Kulibalini transfer edir. Transferin "Dinamo"ya 5 milyon avroya başa gələcəyi deyilir. 
Qeyd edək ki, Xalifa Kulibali "Nant"a 2017-ci ilin yayında "Gent"dən 4.5 milyon avroya transfer olunub. Mali millisinin 27 yaşlı hücumçusu ötən mövsüm Fransa klubunun heyətində 39 oyuna çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər