Ramil Şeydayev: "Mxitaryan məsələyə siyasi yanaşdığı üçün getməyib"

Ramil Şeydayev: "Mxitaryan məsələyə siyasi yanaşdığı üçün getməyib"

"Krılya Sovetov”un forvardı Ramil Şeydayev Rusiya mətbuatına geniş müsahibə verib.

Fanat.Az-ın məlumatına görə, millimizin forvardı yenə Azərbaycan millisini seçdiyi üçün əsla peşman olmadığını, ruhuna uyğun addım atdığını dilə gətirib.

Ramil Henrix Mxitaryan haqda suala da cavab verib: "Bakıda ermənilərin yaşadığını bilirəm. Mxitaryan məsələyə siyasi yanaşdığı üçün finala getməyib. Amma getsəydi, heç bir problem olmayacaqdı. Təhlükəsizliyi təmin edilmişdisə, gedə bilərdi. Futbolu siyasətə qatmaq olmaz. Orda tez-tez möhtəşəm idman yarışları keçirilir. Erməni idmançıların Bakıdakı yarışlarda iştirak etdiyi faktdı. Məncə, Mxitaryan qondarma Dağlıq Qarabağa səfər etdiyinə görə getməməyə qərar verib”.

Samara klubunun forvardı oruc tutduğunu söyləyib: "Milli dəyərlərlə və inancımızla hər gün daha yaxından maraqlanıram. Ramazanda oruc tuturam, dini kitablar oxuyuram. Əlbəttə, bəzən idman formasını qorumaq üçün orucu pozmaq məcburiyyəti də yaranır”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər