Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubunun qış hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rusiya Premyer Liqasının XVII turunda evdə "Rostov"u 1:0 hesabı ilə məğlub etdikdən sonra istirahətə buraxılan Samara təmsilçisi yanvarın 12-də Moskvada toplaşacaq. Kollektiv tibbi müayinədən sonra iki həftəlik Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq.
Komanda toplanışın ikinci və üçüncü mərhələsini Türkiyədə keçirəcək. "Krılya Sovetov" 31 yanvar - 13 fevral və 17 - 28 fevralda bu ölkədə olacaq.
Qeyd edək ki, bir oyunu isə ehtiyatda olan "Krılya Sovetov" 16 turdan sonra 17 xalla 13-cü pillədə qərarlaşıb.
Fanat.Az