Ramil Şeydayev "Bursaspor"da?

Ramil Şeydayev "Bursaspor"da?
Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı futbolçu "Bursaspor”un maraq dairəsinə düşüb. Məlumata görə, hücumçu axtarışında olan Bursa təmsilçisinin transfer siyahısında bir dönəm "Trabzonspor”da  forma geyinmiş futbolçumuzun da adı var. Ramilin hazırda klubsuz olması "ağ-yaşıllar” üçün ideal variant kimi göstərilib.
Qeyd edək ki, "Bursaspor" hazırda 1-ci liqada çıxış edib. Komanda 18 turdan sonra 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər