Ramil Şeydayev 50-yə çatdı

Ramil Şeydayev 50-yə çatdı

Ramil Şeydayev Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. 

Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”ın hücumçusunun yubileyi VIII turun “Səbail”lə səfər matçına (1:3) təsadüf edib. 

Onun ölkə çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib. Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 matçda 8 qol vurub. O, iki klubun formasını geyinib. “Qarabağ”da 22 oyuna 2 qol vuran forvard “Sabah”da 28 matçda 6 dəfə fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər