Ramil Şeydayev: "1 xal da bizim üçün yaxşı nəticədir"

Ramil Şeydayev: "1 xal da bizim üçün yaxşı nəticədir"

"Qarabağ"ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a danışıb.

Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu rəqibdən belə oyun gözləmədiklərini bildirib: "İki oyun arasında elə bir fərq görmədim. Sadəcə, "Olimpiakos" Bakıda müdafiədən və daha sıx oynadı, bizə boş zonalar vermədi. Matçın sonlarında isə vaxtı uzadırdılar.

Düşünürdük ki, hücum edib, qol vurmağa çalışacaqlar. Hətta cinah müdafiəçiləri belə, hücumlara qoşulmurdular. Tam qapanmışdılar".

Şeydayevin sözlərinə görə, qol imkanları olsa da, bəxtləri gətirməyib: "Amma 1 xal da bizim üçün yaxşı nəticədir".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər